Məzmuna keç
Konsultasiyaya yazıl
Tural Vəliyev

Hüquqi məsələlərdə mütləq dəqiqlik!

Azərbaycanda müasir sahibkarlar və korporativ rəhbərlər üçün fərdi hüquqi həllər. Mülki, inzibati və kommersiya hüququ üzrə ixtisaslaşma.

Qənaətli
Sizi hərtərəfli qoruyan
Məxfilik
Məsuliyyətlilik
Unikallıq
Daim əlçatanlıq

Praktika sahələrim

Mülki hüquq

Qarşılaşdığınız mülki məsələlərlə əlaqədar hüquqi yardım göstərilməsi və məsləhətlərin verilməsi.

İnzibati hüquq

İnzibati qurumlarla münasibətlər zamanı ortaya çıxan məsələlərlə əlaqədar hüquqi dəstək

Əmək hüququ

Əmək hüququ sahəsində hüquqlarınızın müdafiəsi və bu sahə üzrə məsələlərə dair konsultinq

Müqavilə hüququ

Müqavilə layihələrinin hazırlanması, müqavilələrə rəy verilməsi, mövcud müqavilələrin qanunvericiliyə və iradənizə uyğun redaktəsi

Məhkəmədə təmsilçilik

Müxtəlif məsələlərlə əlaqədar hüquq və qanuni mənafeyinizin məhkəmə instansiyaları üzrə müdafiəsi.

Niyə mənə müraciət etməlisiniz?

Alternativ çoxdur, siz isə qarşılaşdığınız çətinlik qədər unikalsınız.

Detallara diqqət

Müraciət etdiyiniz məsələnin bütün detallarının aydınlaşdırılması üçün sizi diqqətli dinləyir, suallar verir və real mənzərini müəyyənləşdirirəm.

Ətraflı araşdırma

Müraciətinizin uğurlu həlli yaxşı araşdırmadan keçir. Bunun üçün aidiyyəti müraciətləri edir, qanunvericiliyi araşdırır və sizə ilkin hüquqi mövqeyi təqdim edirəm.

Davamlı ünsiyyət

Müraciət etdiyiniz məsələnin perspektivlərini aydın dillə sizə izah edir, cari məsələnizin faktiki vəziyyəti ilə bağlı məlumatları sizinlə davamlı paylaşıram.

Praktiki yanaşma

İnzibati qurumların və məhkəmələrin məsələlər üzrə yanaşmasını daimi izləyir və sizə müraciət etdiyiniz vaxt üçün aktual hüquqi yardım göstərirəm.

Hər müraciət üzrə mümkün iş axını

İlk müraciətdən uğurlu həllə qədər planlaşdırılmış davamlı proses.

  1. 01

    Konsultasiya

    Hüquqi marağınızın müəyyən olunması məqsədilə ilkin məlumat mübadiləsi və zəruri materiallarla tanışlıq

  2. 02

    Hüquqi araşdırma

    Qanunvericiliyin, məhkəmə praktikasının ətraflı araşdırılması

  3. 03

    Perspektivin dəqiq təsbiti

    Müraciətin uğurlu yekunlaşması ilə əlaqədar mümkün perspektiv barədə ətraflı məlumatın təqdimi

  4. 04

    Təmsilçiliyin təşkili

    Hüquqlarınızın müdafiəsi məqsədilə sizi məhkəmə və aidiyyəti orqanlarda təmsil olunma fəaliyyətinin icrası

  5. 05

    Qüvvəyə minmiş aktların icrasının təşkili

    Hüquqi proseslərin real nəticələrinin əldə edilməsi

Tez-tez verilən suallar

İstifadəçilər tərəfindən təkrarlanan suallar

Dövlət Əmək Müfəttişliyi Xidməti məni əvvəlki işimə qaytara bilərmi?

Xeyr. İşə bərpa tələbi ilə məhkəməyə müraciət etməlisiniz. İddia tələbiniz təmin edildiyi təqdirdə, əvvəlki iş yerinə bərpa ola və bərpa olunduğunuz günə qədər itirilmiş əmək haqqınızı ala bilərsiniz (digər tələbləriniz olduqda, həmin tələblər də ola bilər).

25.08.2026 tarixinə qüvvədə olan qanunvericiliyə əsasən

Əmək müqaviləmə xitam verildiyi tarixdən nə qədər müddətə işə bərpa ilə əlaqədar məhkəməyə müraciət edə bilərəm?

AR Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

04.08.2026 tarixinə qüvvədə olan qanunvericiliyə əsasən

Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verildikdən sonra hara şikayət edə bilərəm?

Əmək müqaviləsinə xitam verilmənin qanunvericiliyə uyğun olub-olmaması və ya digər əmək hüquqlarınızın pozulması ilə bağlı AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə, işə bərpa tələbləri ilə bağlı aidiyyəti məhkəməyə müraciət edilə bilər.

04.08.2026 tarixinə qüvvədə olan qanunvericiliyə əsasən

Bütün suallara bax

Problem yoxdursa, nə əla. Problem varsa, mən buradayam!

Nə etmək lazım olduğuna qərar verə bilməyəndə, sizi dinləyə bilərəm.

Əlaqə yaradın