Məzmuna keç
Konsultasiyaya yazıl
Hüquqi kalkulyator

Məzuniyyət günlərinizin sayını hesablayın.

Məzuniyyət günləri: əmək məzuniyyəti neçə gün olur?

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən, işçilərin əmək məzuniyyəti hüququ vardır. Əsas ödənişli əmək məzuniyyətinin müddəti, bir qayda olaraq, 21 təqvim günündən az ola bilməz. Müəyyən kateqoriyalara, o cümlədən dövlət qulluqçularına, rəhbər və mütəxəssis vəzifələrində çalışanlara və qanunla nəzərdə tutulan digər işçilərə 30 təqvim günü məzuniyyət verilir.

Əmək stajına görə əlavə məzuniyyət 5 ildən 10 ilədək staj olduqda 2 gün, 10 ildən 15 ilədək 4 gün, 15 ildən çox olduqda isə 6 gün təşkil edir. Əmək şəraitinin və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətin müddəti isə ən azı 6 təqvim günü olmalıdır.

Birinci iş ili üzrə əmək məzuniyyətindən istifadə hüququ 6 ay işlədikdən sonra yaranır. Sonrakı iş illəri üçün məzuniyyət işəgötürənlə qarşılıqlı razılaşdırılmış vaxtda verilir.

Məzuniyyət dövrünə düşən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günlərinə daxil edilmir və məzuniyyət həmin günlərin sayı qədər uzadılır.

Əmək məzuniyyəti ilə yanaşı, qanunvericilikdə sosial, təhsil, yaradıcılıq və ödənişsiz məzuniyyət növləri də nəzərdə tutulur. Məsələn, hamiləliyə və doğuşa görə ödənişli sosial məzuniyyət ümumi qaydada 126 təqvim günüdür.

Məzuniyyət vaxtı üçün əmək haqqı əvvəlki 12 təqvim ayının orta əmək haqqı əsasında hesablanır və məzuniyyət başlamazdan ən geci 3 gün əvvəl ödənilməlidir.

İşəgötürənin əmək məzuniyyətini verməməsi yolverilməzdir. İşçi müvafiq iş ili üzrə məzuniyyətdən istifadə etmədikdə, qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə edilməmiş məzuniyyətə görə kompensasiya almaq hüququna malikdir.

Qeyd: Bu nəticə orta hesabla təxmini göstəricidir və hüquqi rəy və ya məsləhət sayılmır. Staja görə əlavə məzuniyyət (Əmək Məcəlləsinin 116-cı maddəsi) şəxsin ümumi (bütün iş yerləri üzrə) əmək stajına görə müəyyən edilir, təkcə bu işdəki müddətə görə yox — ona görə "əvvəlki ümumi staj" sahəsini dolduranda dəqiqlik artır. Hər staj həddi yalnız öz dövrünə tətbiq olunur, geriyə şamil edilmir. Analıq (Əmək Məcəlləsinin 117-ci maddəsi), zərərli iş şəraiti (Əmək Məcəlləsinin 115-ci maddəsi) və ya işğaldan azad edilmiş ərazidə iş (Əmək Məcəlləsinin 118-1-ci maddəsi) kimi digər hallar sizə aiddirsə, "Digər əlavə" sahəsinə əl ilə əlavə edin. İşdən çıxarkən əlavə məzuniyyətlərə görə də əsas məzuniyyət kimi kompensasiya ödənilir — ətraflı: Konstitusiya Məhkəməsi Plenumunun qərarı.

Konsultasiyaya yazıl

Nəticələr təxmini hesablamadır, hüquqi məsləhət deyil. Rəqəmlər işinizin xüsusiyyətlərindən və qüvvədə olan qanunvericilikdən asılıdır.