Məzmuna keç
Konsultasiyaya yazıl
Bilik bazası

Tez-tez verilən suallar

Bu hissədə siz praktikada daha çox rast gəlinən hüquqi suallar və cavablar görə və öz sualınızı ünvanlaya bilərsiniz.

Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verildikdən sonra hara şikayət edə bilərəm?

Əmək müqaviləsinə xitam verilmənin qanunvericiliyə uyğun olub-olmaması və ya digər əmək hüquqlarınızın pozulması ilə bağlı AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə, işə bərpa tələbləri ilə bağlı aidiyyəti məhkəməyə müraciət edilə bilər.

04.08.2026 tarixinə qüvvədə olan qanunvericiliyə əsasən

Əmək müqaviləmə xitam verildiyi tarixdən nə qədər müddətə işə bərpa ilə əlaqədar məhkəməyə müraciət edə bilərəm?

AR Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

04.08.2026 tarixinə qüvvədə olan qanunvericiliyə əsasən

Dövlət Əmək Müfəttişliyi Xidməti məni əvvəlki işimə qaytara bilərmi?

Xeyr. İşə bərpa tələbi ilə məhkəməyə müraciət etməlisiniz. İddia tələbiniz təmin edildiyi təqdirdə, əvvəlki iş yerinə bərpa ola və bərpa olunduğunuz günə qədər itirilmiş əmək haqqınızı ala bilərsiniz (digər tələbləriniz olduqda, həmin tələblər də ola bilər).

25.08.2026 tarixinə qüvvədə olan qanunvericiliyə əsasən