Məzmuna keç
Konsultasiyaya yazıl
Əmək hüququ

Bu bələdçi vasitəsilə işə bərpa prosesi ilə əlaqədar mümkün addımlarla əlaqədar məlumat əldə edə bilərsiniz.

Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilibsə, işə bərpa tələbi ilə məhkəməyə müraciət edə bilərsiniz. Bu bələdçi prosesi mərhələ-mərhələ göstərir: hansı sənədləri hazırlamalı, hansı müddətlərə riayət etməli və hansı hallarda hansı yolu seçmək lazımdır.

  • Əmək hüququ
  • İşə bərpa
  • Məhkəmə müdafiəsi

Addımlar

01
Prosesə haradan başlayırıq?

Xitamla əlaqədar məlumatları əldə edin

Hər şeydən əvvəl əmək müqaviləsinin hansı əsasla ləğv edildiyini dəqiqləşdirmək lazımdır. Bu, əsasən əmrdə göstərilir. Ləğvetmə əsası bütün sonrakı addımları müəyyən edir.
Əmrinizi əldə edin (ƏMAS-da tanış olun və fayl olaraq endirin) Əmək kitabçanızı və əmrinizin təsdiq olunmuş surətini (ƏMAS-dakı əmri əldə etməyə də bilərsiniz) əldə edin (əgər işəgötürəndədirsə)
02
Hazırlıq mərhələsi

Sənədləri toplayın

Məhkəməyə müraciətdən əvvəl aşağıdakı sənədləri toplayın. Bu, işə bərpa tələbi ilə əlaqədar iddia ərizələrinin məhkəməyə təqdim edilməsi zamanı praktikada ən çox rast gəlinən sənədlərin ümumi siyahısıdır. Nəzərə alın ki, sizin işə bərpa tələbiniz unikaldır və bu siyahıda olmayan əlavə sənədlər lazım ola bilər.
03
Qanunvericilikdə işə bərpa tələbləri ilə əlaqədar nəzərdə tutulmuş iddia müddəti ötürməməlisiniz, əks halda haqlı olsanız belə, məhkəmə sizin əleyhinizə qərar qəbul edə bilər. MÜDDƏTLİ

Məhkəməyə müraciət müddətinə diqqət edin.

Müddət 1 (bir) təqvim ayıdır və işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən  hesablanır. Bu müddət ötürülərsə, iddianız məhkəmə tərəfindən rədd edilə bilər.
Aşağıdakı hesablayıcı ilə məhkəməyə müraciət üçün son tarixi hesablaya bilərsiniz. Mediasiya prosesi neçə gün davam edibsə, həmin proses üçün keçən günləri müvafiq xanaya yazın — hesablama onları nəzərə alacaq. Nəzərə alın ki, hesablama təxmini xarakter daşıyır, 1 (bir) təqvim ayı olan müddətin ilk tarixi, mediasiya prosesində keçən müddət və s. kimi məsələlər məhkəməyə müraciət üçün son tarixi dəyişdirə bilər.

Müddət hesablayıcısı

Başlanğıc tarixi

Mediasiyada keçirdiyiniz günlər varsa, bu, son tarixi həmin qədər irəli aparır. Bu hesablama ümumi məlumat xarakteri daşıyır — dəqiq müddət üçün hüquqşünasla məsləhətləşin.

04
Əmək mübahisəsi ilə əlaqədar məhkəməyə müraciət etməzdən öncə ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MƏCBURİ

Mediasiya prosesində iştirak

İlkin mediasiya sessiyasında iştirak etməməniz iddia ərizənizin məhkəmə tərəfindən geri qaytarılmasına səbəb ola bilər.

Əmək mübahisəsi ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya prosesində iştirak etməli, hallara uyğun olaraq “İlkin mediasiya sessiyasında iştirak edilməməsi”, “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” arayışlarını və ya müvafiq protokolu iddia ərizəsinə əlavə etməlisiniz.