Tez-tez sual yaradan məqamlarla bağlı

Bu hissədə praktikada və günlük həyatımızda tez-tez qarşımıza çıxan, habelə düz bildiyimiz yanlışlar barədə qısa məlumatlar qeyd olunub.

Əmək müqaviləsinə xitam verildikdə istifadə olunmamış məzuniyyət günləri “batır”?

Əlbəttə, batmır. Belə olduğu halda istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi son-haqq hesab zamanı işçiyə ödənilir.

İşəgötürən tərəfindən hüquqlarınız pozulubsa, hüquqlarınız bərpası ilə bağlı nə qədər müddətdə məhkəməyə müraciət edə bilərsiniz?

Əmək Məcəlləsinə əsasən əmək hüquqlarınızın pozulduğu tarixdən etibarən 1 ay ərzində aidiyyəti ərazi üzrə rayon-şəhər məhkəmələrinə mediasiya sessiyasından keçmək şərti ilə müraciət edə bilərsiniz. Bu müddətin ötürülməsi, haqlı olsanız belə, iddia tələbinizin təmin edilməməsi ilə nəticələnə bilər.

Gross əmək haqqıdan net əmək haqqını necə hesablamaq olar?

Bunun üçün özümün də istifadə etdiyi çox rahat interfeysi olan bir saytdan yardım ala bilərsiniz: https://www.muhasib.az/calc/calc_emek.php